"Sumqayıt” baş məşqçi Aleksey Baqa ilə yollarını ayırıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Klub belaruslu baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Baqa 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu. "Sumqayıt" cari mövsüm 7 oyundan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.
Səbuhi Həsənov