İdman 13:42 26.09.2022

"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşdi (RƏSMİ)

"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib.
 
Qaynarinfo xəbər verir ki, Sumqayıt təmsilçisi Samir Abasovla anlaşıb. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı PRO kateqoriyalı mütəxəssislə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

2011-2014-cü illərdə komandamızın şərəfini qorumuş və 2015-2018-ci illərdə də komandamızı çalışdırmış Samir Abasov futbolçu karyerası dönəmində "Viləş”, "Şəfa”, "Şahdağ”, "Neftçi”, "Qarabağ”, "Karvan” və "İnter” klublarında da çıxış edib. Abasov məşqçi kimi isə "Zirə” və "Neftçi” klublarında çalışıb. Karyerası ərzində 3 dəfə Azərbaycan çempionluğu yaşamış Samir Abasov 2 dəfə futbolçu kimi, 1 dəfə isə məşqçi kimi bu uğura nail olub.
 
Səbuhi Həsənov