Xəbər lenti

"Sumqayıt" "Neftçi" ilə heç-heçə etdi
İdman12:00 01.11.2020

"Sumqayıt" "Neftçi" ilə heç-heçə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib.
FIFA referisi Rauf Cabbarovun idarə etdiyi görüş qolsuz yekunlaşıb. 84-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Elvin Məmmədovun penalti zərbəsini qonaq komandanın qapıçısı Aqil Məmmədov dəf edib.
Bu nəticədən sonra xalını 15-ə çatdıran "Sumqayıt" 1-ci, 14-cü xalını qazanan "Neftçi" isə ikinci pillədə qalıb.
Qeyd edək ki, turun ilk 2 qarşılaşmasında "Qəbələ" "Sabah"ı 2:1 hesabı ilə yenib. "Zirə" - "Səbail" görüşündə isə qalib müəyyənləşməyib - 0:0.
Tura saat 16:00-da başlanacaq "Qarabağ" - "Keşlə" matçı ilə yekun vurulacaq.