İdman 15:47 29.07.2022

"Sumqayıt" Portuqaliya millisinin sabiq üzvünü transfer etdi

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliyanın "Sportinq" (Lissabon) komandasının yetirməsi, son mövsümü "Nasional"da keçirmiş 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Filipe Çabi ilə 2 illik müqavilə imzalanıb.

Filipe Çabi karyerası boyunca yetirməsi olduğu "Sportinq"lə yanaşı "Uniao Madeyra", "Belenenseş", "Kovilya", "B SAD", "Koimbra" və "Nasional"ın uğurları üçün çalışıb. Çabi Portuqaliyanın U-16, U-17, U-18 və U-19 millilərinə də dəvət alıb.
 
Səbuhi Həsənov