Xəbər lenti

“Sumqayıt” səfərdə “Qəbələ”yə qalib gəldi
İdman14:29 23.01.2024

“Sumqayıt” səfərdə “Qəbələ”yə qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, "Qəbələ” doğma meydançasında "Sumqayıt”ı qəbul edib.
Görüşün taleyini 1 qol həll edib. "Sumqayıt”ın çadlı hücumçusu Kasimir Ninqa 74-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək, komandasına 1:0 hesablı səfər qələbəsi qazandırıb.
Bunun sayəsində xallarını 30-a yüksəldən "gənclik şəhəri” təmsilçisi turnir cədvəlində 2-ci pillədəki "Zirə”yə çatıb. "Qəbələ” isə 14 xalla sonuncu yerdə qərarlaşıb.
Tura bu gün keçiriləcək "Qarabağ” – "Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, turun "Sabah” – "Neftçi” və "Səbail” – "Zirə” matçlarında hesab açılmayıb. Qərb derbisində isə "Kəpəz” "Turan Tovuz”a qalib gəlib - 2:1.