İdman 13:20 04.08.2022

“Sumqayıt” toqolu futbolçu ilə müqavilə bağladı

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt klubunun rəhbərliyi Ouro-Nil Ture ilə 1+1 illik müqavilə imzalayıb. 23 yaşlı toqolu hücumçu "Sumqayıt"da "70” nömrəli formanı daşıyacaq.
 
Futbolçu Braziliyanın aşağı liqa təmsilçiləri - "Rolandia”, "Atletiko Asisense” və "PSTC” klublarında forma geyinib.
 
Səbuhi Həsənov