Xəbər lenti

"Sumqayıt" Tovuzda məğlub oldu
İdman12:54 28.10.2022

"Sumqayıt" Tovuzda məğlub oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.
 
Qaynarinfo-nun məlumatına görə turun ilk oyun günündə bir qarşılaşma baş tutub. "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın yeganə qoluna 88-ci dəqiqədə Şəhriyar Əliyev imza atıb.
Qələbədən sonra xallarının sayını 12-yə çatdıran tovuzlular 6-cı pilləyə yüksəlib. "Sumqayıt" isə turnir cədvəlinin ən aşağı pilləsinə "sürüşüb". 
Turun "Kəpəz" - "Səbail" və "Zirə" - "Neftçi" matçı sabah baş tutacaq. Qalan iki - "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" qarşılaşması isə bazar günü keçiriləcək.
Səbuhi Həsənov