İdman 14:58 20.06.2022

“Sumqayıt” Türkiyədə üç yoxlama matçı keçirəcək

"Sumqayıt” Futbol Klubu iyunun 27-dən etibarən 2022/2023 mövsümü üçün hazırlıqlara start verəcək.
 
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hazırlığın ilk mərhələsini iyulun 15-dək Sumqayıtda keçirəcək Aleksey Baqanın yetirmələri bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq.

Komanda hazırlığın ikinci mərhələsini isə iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində keçirəcək. Bu müddət ərzində "Koru" hotelində məskunlaşacaq kollektiv 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
 
Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix və məkan haqqında məlumat qarşıdakı günlərdə veriləcək.
 
Səbuhi Həsənov