Bir müddət əvvəl saytımıza verilən məlumatda gəmi səyahətinin hava şəraitindən asılı olaraq iyul və ya avqust ayında həyata keçiriləcəyi bildirilmişdi. Lakin avqust ayının gəlməsinə baxmayaraq, gəmi səyahəti hələ də reallaşmayıb.
Qaynarinfo xəbər verir ki, xeberle.com bu barədə məlumat almaq üçün Sumqayıt şəhər Bulvar İdarəsinin rəisi Yavər Vəliyev ilə əlaqə saxlayıb. Y.Vəliyev bildirib ki, gəmi səyahəti dənizdə dalğaların çox olması ucbatından baş tutmayıb:
"Biz gəmini gətirtmişik. Sadəcə "Priçal”da dalğalar olduğu üçün, gəminin sahilə yan almasında problem yaradır. Üst tərəf də bağlanmalıdır ki, dalğalar insanlar üçün təhlükə meydana gətirməsin. Dalğalar qalxdıqca, gəmi sahilə yan ala bilmir. Belə olduqda gəmi dirəklərə dəyərək parçalana bilər. Bu isə insan həyatı üçün təhlükə deməkdir. Havalar tam sakit olsa, bir həftəyə, on günə işləyərək məsələni həll edə bilərik”.