Xəbər lenti

Sumqayıtda 5 qol, “Rəvan”dan sensasiya - VİDEO
İdman15:55 24.04.2016

Sumqayıtda 5 qol, “Rəvan”dan sensasiya - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Topaz Premyer Liqasında XXXI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son iki oyunundan biri Sumqayıtda, digəri isə paytaxtda baş tutub.
Əvvəlcə son 3 oyunda qələbəyə həsrət qalan iki komanda "Sumqayıt" və "Kəpəz" meydana çıxıb. Maraqlı mübarizə şəraitində keçnə oyunda 5 qol vurulub. Əvvəlcə meydan sahibləri hesabı açıb. Hissənin son dəqiqəsində Pərdis Fərcad Azad avtoqolla bərabərliyi təmin edib. İkinci hissədə isə "Kəpəz" bir dəqiqə ərzində iki dəfə fərlənərəq fərqi daha da artırıb. Sona yaxın Amil Yunanov "Sumqayıt"ı ümidləndirsə də, oyunda başqa qol olmayıb və "Kəpəz" səfər qələbəsi ilə 3-cü pilləyə şərik çıxıb.
Turun son görüşündə - "Rəvan" - AZAL matçında sensasiya qeydə alınıb. İki paytaxt təmsilçisinin qarşılaşmasında turnirin autsayderi olan meydan sahibləri qələbə qazanıblar. Avrokuboklara vəsiqə iddiasında olan AZAL bu məğlubiyyətlə hədəfinə çatmaq yolunda ciddi zədə alıb. Son oyunlarda “təyyarəçilər”in qapısına yol tapmaqda çətinlik çəkən “Rəvan” nəhayət bu tilsimi qıra bilib.
Topaz Premyer Liqası
XXXI tur
24 aprel
“Rəvan” – AZAL - 1:0
Qol: Yasin Həmid, 14
Mövsümün əvvəlki oyunları: 0:1, 0:0, 0:1
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Fazil Mürşüdov
“Bayıl Arena”
“Rəvan”: 1. Rəşad Əzizli, 86. Yasin Həmid, 9. Nuran Qurbanov, 92. Yamin Ağakərimzadə, 17. Ramazan Abbasov (k), 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov, 2. Ruslan Tağızadə, 8. Məmməd Quliyev, 4. Kənan Müslümov, 16. Orxan Lalayev
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 98. Ülvi Kələşov, 38. Zeki Sinan Akkoyun, 99. Əziz Hüseynov, 5. Mirkamil Haşımlı, 11. Elnur Abdulov, 77. Nurxan Mənsimzadə 
Baş məşqçi: Bəhmən Həsənov
AZAL:  16. Stanislav Namaşko  2. Rail Məlikov (k)  3. Tural Hümbətov  42. Elşad Manafov   4. Qvanzav Maqomedov  14. İlqar Ələkbərov 23. Hacı Əhmədov  10. Nuqzar Kvirtiya  11. Ruslan Nəsirli, 27. Aleksandr Quruli   9. Aydın Qasımov
Ehtiyat oyunçular:  1. Amil Ağacanov  5. Kamil Hüseynov  19. Məhəmməd Bədəlbəyli  63. Seyidrəzi Ağayev  22. Kamal Mirzəyev  77. Adan Koronado  88. Mirzağa Hüseynpur
Baş məşqçi: Tərlan Əhmədov
“Sumqayıt” – “Kəpəz” - 2:3
Qollar: Murad Ağayev, 22, Amil Yunanov, 72 - Pərdis Fərcad Azad, 45+1 (öz qapısına), Juninyo, 59, Ebah, 60
Mövsümün əvvəlki oyunları: 1:3, 2:2, 0:0
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Mehdi Hüseynzadə adına şəhər stadionu
“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad, 8. Nicat Muxtarov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə, 70. Vaqif Cavadov, 97. Xəyal Nəcəfov, 99. Rasim Ramaldanov 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 25. Ayaz Mehdiyev, 27. İsmayıl Babayev, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov
Baş məşqçi: Samir Abasov
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 13. Şəhriyar Rəhimov, 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 8. Budaq Nəsirov, 5. Kərim Diniyev, 27. Bəxtiyar Soltanov, 80. Tural Rzayev, 7. Junior Osvaldo, 90. Julien Ebah 
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 19. Orxan Əliyev, 4. Elvin Cəbrayılov, 21. Xəzər Qəribov
Baş məşqçi: Şahin Diniyev
Qaynarinfo.az