Xəbər lenti

Sumqayıtda ağır qəza: Altı nəfər yaralandı (VİDEO)
Ölkə16:11 23.03.2020

Sumqayıtda ağır qəza: Altı nəfər yaralandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Qaynarinfo xəbər verir ki, qəza şəhərin Sülh prospektində qeydə alınıb. 
Belə ki, Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan "Ford” markalı mikroavtobus "KamAZ” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 
Dərhal əraziyə Sumqayıt şəhər Təcili Tibbi Yardım biriqadası çağrılıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəzaya yüksək sürətin və sürücü məsuliyyətsizliyin səbəb olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.
<iframe allow="autoplay; encrypted-media" allowfullscreen="" frameborder="0" height="315" src="https://player.baku.tv/embed/16064?fbclid=IwAR3PliQGDTu5Jha9LpzqKBVKWEFXrdV4zOtc8ktces5-P5-RH6kekLT9DpQ" width="560" style="max-width: 100%;">