Xəbər lenti

Sumqayıtda dəhşətli qəza: bir ailə məhv oldu - FOTOLAR
Ölkə07:25 15.08.2016

Sumqayıtda dəhşətli qəza: bir ailə məhv oldu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gecə Bakı-Quba  yolunun Sumqayıtın  Yaşma yaşayış massivindən keçən hissəsində  ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo.Az xeberle.com-a istinadən bildirir ki, Sumqayıt şəhər sakini Elşən Əliyevin idarə  etdiyi  "Hyunday Elantra” markalı avtomobillə "Mersedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əliyevin sərnişini - həyat yoldaşı Aysel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib. 

E. Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım  Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını  xilas etmək mümkün olmayıb.

Ailənin iki azyaşlı övladı  var.

Faktla bağlı araşdırma  aparılır.

Qaynarinfo.Az