
Sumqayıt şəhərində vətəndaşa məxsus evin həyətində yanğınla nəticələnən partlayış baş verib.
Qaynarinfo.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə ərazidə 5 kvadratmetr sahədə taxta tullantıları və "ZAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Hadisə zamanı avtomobilin sahibi yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynarinfo.Az