Sumqayıtda baş vermiş avtobus qəzasında 14 nəfər xəsarət alıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, ilkin tibbi yardım göstərilən 12 nəfər evə buraxılıb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilmiş N. Əliyeva və M. Məmişovun vəziyyəti orta-ağırdır.
***
09.22
Sumqayıtda iki marşrut avtobusu toqquşub.
APA-nın yerli bürosunun məlumatına görə, səhər saatlarında şəhərin Sülh prospektində 3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
<iframe width="768" height="500" src="https://www.youtube.com/embed/K91Jn4H1dCo" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">