Xəbər lenti

Sumqayıtda maşın yanacaqdoldurma məntəqəsinə çırpıldı: 4 nəfər yaralandı
Ölkə19:15 31.01.2019

Sumqayıtda maşın yanacaqdoldurma məntəqəsinə çırpıldı: 4 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt şəhərinin girəcəyində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsində qəza baş verib.
"Report” xəbər verir ki, yol ilə hərəkətdə olan "50-DC-079" dövlət qeydiyyat nişanlı "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq YDM-in ətrafındakı daş maneəyə çırpılıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Daha əvvəl Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.