
Bir neçə gün əvvəl radikal dindarların həbsi ilə gündəmdə olan Sumqayıt şəhəri bu dəfə tam tərsinə bir olaya imza atıb. Qaynar.info xəbər verir ki, publika.az Sumqayıtdakı məscidlərdən birinin təhqir edilməsi ilə bağlı fotonu yayımlayıb.
6-cı mikrorayondakı Cümə Məscidi olduğu ehtimal edilən Allahın evinin divarlarına ingilis dilində "Allah yoxdur" (God No Were) ifadəsi yazılıb.
Foto "Facebook" sosial şəbəkəsində yayıldıqdan sonra dindarların ciddi narazılığına səbəb olub.

Qaynar.info