Xəbər lenti

Sumqayıtda nə baş verir? - FOTOLAR
Ölkə11:18 01.11.2014

Sumqayıtda nə baş verir? - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt şəhər sakinləri ağacların qırılaraq yerində tikinti aparılacağından narahatdırlar. 

Sakinlərin Anspress-in “qaynar xətti”nə etdikləri şikayətdə bildiriblr ki, Sumqayıt şəhər 14-cü məhəllə adlanan ərazidə, küçə 5/382 və 5 A ünvanlarında yerləşən binaların həyətlərindəki ağacları qırmaq istəyirlər.

Sakinlərin sözlərinə görə, naməlum şəxslər həyətə bir neçə maşın daş töküblər. Orada qaraj və obyektlər tikmək istəyirlər. Həmçinin o da bildirilir ki, bunun üçün həyətdə olan bir neçə ağacın kəsilməsi planlaşdırılır.

Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə əlaqə sxladıq. İcra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Sahib Quliyevin bildirdi ki, məsələ barədə xəbərsizdirlər.

“Düzü bu barədə bizə heç bir məlumat verilməyib. İndi deyilən ünvana əməkdaşlarımız göndəriləcək. Məsələ araşdırılacaq”, - deyə Sahib Quliyev bildirib.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ANS PRESS-ə bildridi ki, məsələ araşdırılacaq.

“Dediyiniz ünvana əməkdaşlarımız göndərəcəyik. Əgər həqiqətən də ağac kəsimi faktı varsa bunun qarşısı mütləq alınacaq. Günahkarlar barədə rəsmi şəkildə tədbirlər görüləcək”, - deyə İradə İbrahimova bildirib.

Qaynar.info