Xəbər lenti

Sumqayıtda Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı oldu (FOTOLAR)
Ölkə16:53 14.07.2021

Sumqayıtda Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı oldu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı olub.
Qaynarinfo xəbər verir ki, Polad Həşimovun təhsil aldığı Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə keçirilən açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyi iştirak edib.  
Açılışdan öncə büstün önündə məktəblilərin ifasında ədəbi- bədii kompozisiya nümayiş olunub.
Sonra xatirə muzeyinin rəmzi açılışını bildirən lenti kəsilib, tədbir iştirakçıları muzeylə tanış olublar. Muzeydə şəhid general-mayor Polad Həşimovun uşaqlıq və hərbi xidmətdə olduğu dövrə aid olan fotolar, şəxsi əşyaları, sənədlərin surətləri, kitablar nümayiş olunur.