Xəbər lenti

Sumqayıtda unikal etiraz: “Rüşvət verməyənə çörək yoxdur"
Ölkə11:15 08.11.2014

Sumqayıtda unikal etiraz: “Rüşvət verməyənə çörək yoxdur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtda rüşvətə etirazla bağlı unikal hadisə baş verib. Belə ki, şəhərin girişində yerləşən və üzərinə SUMQAYIT yazılan daş lövhənin altına "Rüşvət verməyənə çörək yoxdur" şüarı yazılıb.
Görünür, Sumqayıtdakı rüşvətxorluqdan əziyyət çəkən kimlərsə belə bir addım atmaq məcburiyyətində qalıb. Lakin hadisədən dərhal sonra Mənzil İstismar Sahəsinin işçiləri əraziyə cəlb edilərək, sözügedən yazının üzəri müşəmbə ilə örtüblər. Baş verən olayın foto görüntüləri sosial şəbəkələrdə geniş marağa və müzakirələrə yol açıb (mia.az).

Qaynar.info