Xəbər lenti

Sumqayıtda ürəkləri sızladan oğurluq - 10 yumurta, 2 çörək və 4 pampers
Ölkə10:41 22.08.2016

Sumqayıtda ürəkləri sızladan oğurluq - 10 yumurta, 2 çörək və 4 pampers

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən ərzaq dükanlarının birində qəribə oğurluq hadisəsi baş verib.

Qaynarinfo.Az xəbər verir ki, ərazidə yaşayan şəxslərin savash.org-a verdiyi məlumata görə, gecə yarısı pəncərəni qıraraq mağazaya daxil olan naməlum oğrunun davranışı hər kəsi, o cümlədən mağaza sahibini də təəəccübləndirib. Belə ki, kassada 200 manat pulun olmasına baxmayaraq, həmin pulun 1 manatına da toxunmayan oğru yalnız özünün zəruri bildiyi məhsulları götürərək gedib.Onun mağazadan götürdüyü məhsulların siyahısı isə belə olub: 10 yumurta, 2 çörək və 4 pampers.

Oğurluq hadisəsindən səhər saatlarında xəbər tutan mağaza sahibinin bu olaydan çox təsirləndiyi və bu üzdən də hüquq-mühafizə orqanlarına müraciət etmədiyi bildirilir.

Qaynarinfo.Az