Xəbər lenti

"Sumqayıt"dan növbəti transfer - RƏSMİ
İdman13:00 12.01.2022

"Sumqayıt"dan növbəti transfer - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt” Vüqar Bəybalayevdən sonra daha bir futbolçunun keçidini rəsmiləşdirib.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sumqayıtlılar son olaraq "Səbail”də çıxış etmiş yarımmüdafiəçi Elşən Abdullayevlə 2,5 illik müqavilə imzalayıb. 27 yaşlı futbolçu "24” nömrəli formada çıxış edəcək.
2013/14 mövsümündə də icarə əsasında "Sumqayıt” FK-nın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. Abdullayev son klubu "Səbail”lə yanaşı "Neftçi”, "Qarabağ”, Zirə” və "Sabah” klublarında da çıxış edib. 23 yaşadək futbolçulardan ibarət yığma komandamızla 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Elşən Abdullayev U-17, U-19 və U-21 millilərimizin də uğurları üçün çalışıb.
Səbuhi Həsənov