Xəbər lenti

"Sumqayıt"ın futbolçusu 6 ay oynamayacaq
İdman11:49 02.10.2021

"Sumqayıt"ın futbolçusu 6 ay oynamayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sumqayıt"ın və millimizin müdafiəçisi Elvin Bədəlov əməliyyat olunub.
 
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən "Sumqayıt" - "Qəbələ" matçının 20-ci dəqiqəsində zədələnərək əvəzlənən müdafiəçinin Almaniyada uğurlu əməliyyat keçirdiyi bildirilib.
26 yaşlı futbolçu 6 ay yaşıl meydanlardan kənarda qalacaq.
Səbuhi Həsənov