Xəbər lenti

"Sumqayıt"ın ilk transferi
İdman14:51 07.01.2022

"Sumqayıt"ın ilk transferi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sumqayıt" dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq Gürcüstanın "Telavi" klubunda çıxış etmiş Vüqar Bəybalayev ilə 2,5 illik müqavilə imzalanıb. 28 yaşlı yarımmüdafiəçi "Sumqayıt"ın eyniadlı təmsilçisində "15" nömrəli formada çıxış edəcək.
2017/18 mövsümündə də "Sumqayıt"da çıxış etmiş Bəybalayev həmin vaxt ərzində ümumilikdə 24 oyunda iştirak edib. Vüqar son klubu "Telavi" ilə yanaşı, "Bakı", "Xəzər Lənkəran", "Rəvan" və "Səbail"in də uğurları üçün çalışıb.
Səbuhi Həsənov