Xəbər lenti

Superliqada azarkeş futbolçunu təpiklədi (FOTO)
İdman07:50 05.09.2022

Superliqada azarkeş futbolçunu təpiklədi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən həftə Türkiyə Superliqası çərçivəsində keçirilən "Ankaragücü" - "Beşiktaş" matçında maraqlı anlar yaşanıb.
Qaynarinfo xəbər verir ki, kifayət qədər gərgin keçən matçın son anları qalmaqalla yadda qalıb. İki komandanın ehtiyat oyunçuları arasında mübahisə düşüb.  Qarışıqlıq zamanı qapının arxasından meydançaya tullanan azarkeş isə dördüncü hakimin yanında olan İstanbul təmsilçisinin futbolçularına hücum edib. Azarkeşin atdığı təpiklərdən biri "Beşiktaş"ın oyunçusu Salih Uçana dəyib. 
Asayiş keşikçiləri sözügedən tərəfdarı yaxalayaraq çölə çıxarıb. Maraqlıdı ki, Salihi təpiklə vuran azarkeşi dayandırmağa çalışan "Beşiktaş"ın digər futbolçusu Jozef De Souza isə qırmızı vərəqə ilə cəzalandırılıb.
Hadisə ilə bağlı oyundan sonra fikirlərini bölüşən Salih komanda yoldaşının bu hərəkətinə görə qırmızı vərəqə almasını ədalətsizlik adlandırıb.
Qarşılaşma "Beşiktaş"ın 3:2 hesablı qələbəsi ilə bitib.
Səbuhi Həsənov