Dünya 10:43 09.06.2022

Suriyada əməliyyata hazırlıq tamamlandı: Türk Ordusu Ankaradan əmr gözləyir (FOTO)

Türkiyə Silahlı Qüvvələri və Suriya Azad Ordusu (ASO) təlimləri başa çatdırıb və Suriyanın şimalında yeni hərbi əməliyyata başlamaq üçün Ankaranın əmrini gözləyirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Sabah” qəzeti yazıb.

Qeyd olunur ki, Türkiyə hərbçiləri Tel-Rifat və Mənbic şəhərləri ətrafında döyüş mövqeləri alıb, gecələr isə hədəfləri artilleriya atəşinə tutublar.

Nəşr onu da bildirir ki, Tell Rifat və Mənbicdə eyni vaxtda həyata keçiriləcək hərbi əməliyyatın məqsədləri artıq müəyyənləşib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyanın şimalında hərbi əməliyyat keçirəcəyini bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı qərar veriləcək. Bundan əvvəl Türkiyə Silahlı Qüvvələri Şimali İraqda PKK-ya qarşı əməliyyat keçirib.

Bu arada terrorçu "Demokratik Suriya Qüvvələri” (alyansın əsasını kürd birləşmələri təşkil edir) artıq Suriya hökumət ordusu ilə birlikdə Türkiyəyə müqavimət göstərməyə hazır olduqlarını bəyan ediblər.

Alpər