Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra yeni hakimiyyət ölkəyə xarici məhsulların idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, Suriya mağazalarının piştaxtalarına xaricdən gətirilən "Pepsi", "Pringles" çipsləri, "Twix" və "Snickers" şokaladları, "Heinz" ketçupları, "Livan" bananları və s. çıxıb.
Bəşər Əsədin hakimiyyəti dövründə yerli istehsalçıları dəstəkləmək üçün və 2013-cü ildə vətəndaş müharibəsi başlayandan sonra Suriyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar nəticəsində xarici valyuta qıtlığı səbəbindən xarici malların idxalı məhdudlaşdırılmış və ya qadağan edilmişdi. Suriyada qonşu Livan şirkətləri ilə birgə müəssisələrdə və ya başqa adlarla çoxlu xarici məhsullar istehsal olunurdu.
Bundan başqa, Bəşər Əsədin hakimiyyəti dövründə büdcə gəlirlərini artırmaq üçün bəzi idxal mallarına yüksək rüsumlar tətbiq edilib. Məsələn, keçən il ən son "iPhone"lar üçün rüsum vahidi üçün 900 dollara qədər olub. Son vaxtlara qədər bir çox idxal mallarının tez-tez qonşu Türkiyə və Livan vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi və daha sonra Suriyada qara bazarda satıldığı, satıcıların cərimə və digər cəzalara məruz qaldığı bildirilir.
Aydın
Şərhlər