Xəbər lenti

Sürücü öldü, həyat yoldaşı yaralandı - QƏZA
Ölkə14:16 15.08.2014

Sürücü öldü, həyat yoldaşı yaralandı - QƏZA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Yalama yolunun 13-cü km-də, rayonun Yaqubova kəndi ərazində qeydə alınıb. 

Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Şıxəmmədov Mahmud Şıxməmməd oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində sürücü dünyasını dəyişib. Maşında olan sərnişin, sürücünün həyat yoldaşı, 1953-cü il təvəllüdlü Şıxəmmədova İmarə Murad qızı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qaynar.info