Xəbər lenti

Şuşa klubu çempionatda iştirak etməyə bilər - PFL-dən ağır şərt
İdman11:55 30.06.2016

Şuşa klubu çempionatda iştirak etməyə bilər - PFL-dən ağır şərt

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, 2016/17 futbol mövsümündə I dəstədə mübarizə aparmaq istəyən yeni klublar var.

Qaynarinfo.az xəbər verir ki, bunlar "Ağdaş", "Sabunçu", "Səbail", eləcə də Sabirabadın "Çağırğan" klublarıdır.

Bunlar arasında 1 mövsümlük fəaliyyətini dayandırmış "Şuşa-Qarabağ" klubu da var. Bu komanda artıq yeni mövsümdən I dəstədə oynamaq üçün ciddi hazırlıqlara başlayıb. Komandaya yeni oyunçular, eləcə də yeni sponsor cəlb edilib.

Lakin əldə etdiyimiz məlumata görə, "Şuşa-Qarabağ" I dəstədə oynamaq istəsə də, bu klubun qarşısında ciddi maneə var. Belə ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev  "Şuşa-Qarabağ" barəsində az qala Premyer Liqa klubları üçün tələb olunan şərtlərdən birini qoyub. Belə ki, Misayev I dəstədə oynamaq üçün 250 min manat bank zəmanəti təqdim etməyi mütləq şəkildə tələb edib. Əks halda komanda çempionatda çıxış etməyəcək. Halbuki hamıya bəllidir ki, I dəstədə oynamaq üçün bu qədər maliyyə vəsaitinə o qədər də ehtiyac yoxdur. Qeyd edək ki, yalnız Premyer Liqa üçün bank zəmanətinin minimum maliyyə dəyəri 300 min manatdır.

Qaynarinfo.az