Ekonomiks 15:35 31.03.2023

"Svord-A.A. Services” MMC: "Şirkətimizin Bakı Otis lift" QSC ilə heç bir bağlılığı yoxdur"

"Svord-A.A. Services” MMC Qaynarinfo-da yeniavaz.com saytına istinadən dərc olunan "Yüzlərlə tender udurlar, amma vergiləri vaxtında ödəmirlər (SİYAHI)" başlıqlı xəbərə reaksiya verib.

Qaynarinfo-ya daxil olan məlumatda qeyd olunan yazıdakı məlumatların həqiqəti əks etdirmədiyi bildirilir.

Şirkətin açıqlamasını dərc edirik:

"Yüzlərlə tender udurlar, amma vergiləri vaxtında ödəmirlər" başlığı altında "Svord-A.A. Services” MMC ilə bağlı heç bir reallığı əks etdirməyən yazı dərc edilib. 

"Svord-A.A. Services” MMC-nin "Bakı Otis lift" QSC ilə heç bir bağlılığı yoxdur. Əksinə məhkəmə məsələsi mövcud olduğundan bizə tamamilə rəqib şirkətdir.

"Bakı OTİS lift" QSC-nin və "Krokus AV S.R.O" Şirkətinin isə idarəçiliyi hal-hazırda eyni rəhbərlik tərəfindən həyata keçirilir. Hazırda hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov 5A, m.1/2 olan "SVORD-A.A.SERVİCES" MMC-nin heç bir vergi borcu yoxdur, dövlətin bütün zəruri qayda və qanunlarına əsasən fəaliyyət göstərir, tenderlərdə tam şəffaf şəkildə qalib gəlmiş və "Bakı OTİS lift" QSC ilə "düşmənçilik" mövqeyindən başqa heç bir xoş əlaqəsi və ya bağlılığı yoxdur".