Bu yaxınlarda Bakı şəhərində Rusiyadakı azərbaycanlı iş adamlarından ibarət “Milyarderlər İttifaq”ın üzvü Söyün Sadıqovun kiçik qızının toyu olub.
Söyün Sadıqovun qızının bank işçisi ilə ailə qurduğu bildirilir. Xəbəri iş adamının yaxın çevrəsi də təsdiqləyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti Söyün Sadıqovun adı tez-tez Azərbaycan mediasının gündəmində olur. Azərbaycan mediası bir sıra qalmaqallarda adı hallanan S.Sadıqovun siyasi və işgüzar fəaliyyəti barədə dəfələrlə yazsa da, indiyədək onun ailəsi, övladları barədə məlumat verilməyib.
Modern.az saytının araşdırması nəticəsində məlum olub ki, “Milyarderlər İttifaq”ın üzvü Söyün Sadıqov iki dəfə ailə qurub. Məlumata görə, cənab Sadıqovun birinci həyat yoldaşından bir oğlu var. İkinci dəfə öz xalası qızı ilə ailə quran Söyün Sadıqovun bu evlilikdən bir oğlu və iki qızı dünyaya gəlib.
Məlum olub ki, böyük oğlu Ruslan Sadıqovun 29 yaşı var. Digər övladları Səbinə Sadıqovanın 25, Qasım Sadıqovun 23, Sabrina Sadıqovanın 20 yaşı var. Söyün Sadıqovun hər iki qızı ailəlidir və hazırda Bakıda yaşayırlar. Oğlanları isə Moskva şəhərində yaşayır və orada işləyirlər.
Qaynar.info