Xəbər lenti

Tacikistan TIR sürücülərinə Azərbaycan sərhədini məsləhət gördü
Ölkə19:17 04.09.2018

Tacikistan TIR sürücülərinə Azərbaycan sərhədini məsləhət gördü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tacikistan Nəqliyyat Nazirliyi Türkmənistan sərhədində qalan yük avtomobillərinin (TIR) sürücülərinə İran-Azərbaycan sərhədindən keçməyi təklif edib. 
Oxu.Az "Sputnik-Tacikistan”a istinadən xəbər verir ki, İran-Azərbaycan sərhədindən keçən TIR-ların sürücüləri Tacikistana Rusiya, Qazaxıstan və Özbəkistan ərazisindən keçməklə gedə bilər.
Qeyd edək ki, İran ərazisi ilə Tacikistana gedən yüklə dolu TIR-lar artıq bir həftədən çoxdur Türkmənistan sərhədini keçə bilmir. Buna səbəb Aşqabadın həmin TIR-lara ölkə ərazisinə keçməyə icazə verməməsidir. 
Tacikistan Nəqliyyat Nazirliyi Türkmənistan tərəfinə rəsmi məktubla müraciət etsə də, cavab ala bilməyib.