Xəbər lenti

Taekvondo yığmamız "bürünc"lə başladı - "Bakı-2015"
İdman16:58 16.06.2015

Taekvondo yığmamız "bürünc"lə başladı - "Bakı-2015"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib. Qaynar.info xəbər verir ki, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gəlib.
Qadınlardan ibarət yığmamızın üzvü Patimat Abakarova taekvondoda ilk medalımızı qazanıb. 49 kq çəki dərəcəsində mübarizə aparan хanım idmançımız bürünc medala sahib çıхıb.
Kişi taekvandoçumuz Məhəmməd Məmmədov isə medalsız qalıb. 58 kq-da çıхış edən idmançı 3-cü yer uğrunda oyunda uduzaraq medal qazana bilməyib.
Qaynar.info