Xəbər lenti

İdman 11:20 28.11.2023

Taekvondoçularımız "Balkan Cup"da iki "qızıl" qazandı

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən "Balkan Cup”da 2 qızıl medal qazanıb.

Qaynarinfio-nun məlumatına görə, baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında Qaşim Maqomedov (63 kq) və Milad Beiqi Harçeqani (+87 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Maqomedov mübarizəyə 1/8 finaldan başlayıb. O, ardıcıl olaraq bolqarıstanlı, ispaniyalı və albaniyalı rəqiblərinə qalib gələrək, finala yüksəlib. Qaşim həlledici görüşdə italiyalı idmançı ilə də inamlı döyüşərək, qalib adına yiyələnib.

Dünya çempionumuz Harçeqani isə Xorvatiya, Şimali Makedoniya və İspaniya taekvondoçularını məğlub edərək, öz çəki dərəcəsinin ən güclüsü olub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->