Xəbər lenti

Taekvondoçumuz qızıl medal qazandı
İdman19:29 27.07.2019

Taekvondoçumuz qızıl medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, "Qəbələ” İdman Klubunun üzvü İordaniyanın paytaxtı Ammanda keçirilən beynəlxalq turnirdə fərqlənib.

O, bu gün start götürən G1 kateqoriyalı "El-Hassan Cup” turnirində mübarizə aparıb. 68 kq çəki dərəcəsində çıxış edən Cavad ilk mərhələdən azad olub. Ardınca Oman, İordaniya və BƏƏ-dən olan rəqiblərinə qalib gələn Ağayev finala yüksəlib. Həlledici görüşdə Livan təmsilçisi Obalda Fərəc ilə görüşən taekvondoçumuz ardıcıl 4-cü qələbəsini qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, "Prince Hamzah Hall”da keçirilən və 883 taekvondoçunun qatıldığı yarış üç gün davam edəcək.