Xəbər lenti

Tahir Gözəl "Qalatasaray"ın prezidenti ilə görüşdü
İdman15:26 26.03.2023

Tahir Gözəl "Qalatasaray"ın prezidenti ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ”ın prezidenti Tahir Gözəl "Qalatasaray”ın rəhbəri Dursun Özbeklə görüşüb. 
Qaynarinfo xəbər verir ki, görüş "Qalatasaray"ın Bakıda qaldığı oteldə baş tutub.  
Ağdam klubunun rəhbəri qonağı salamlayaraq, Bakıya gəldikləri üçün təşəkkür edib. O, zəlzələnin dağıntılarının tezliklə aradan qaldırılacağına ümidvar olduğunu deyib.
İstanbul klubunun prezidenti əla təşkilatçılığa görə, "Qarabağ"a təşəkkür edib. O, Bakıda möhtəşəm qarşılandıqlarını bildirib. Daha sonra klub prezidentləri "Qalatasaray” azarkeşi olan "Qarabağ” qaziləri ilə görüşüblər.