Xəbər lenti

Tailand və Myanmadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətədanşları var? (RƏSMİ)
Ölkə 14:37 29.03.2025

Tailand və Myanmadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətədanşları var? (RƏSMİ)

Ötən gün Myanmada baş verən və Tailandda da hiss edilən güclü zəlzələ nəticəsində azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

"Azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur", - o bildirib.
 
Qeyd edək ki, ötən gün Myanmada 7,7 və 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Tailandda da hiss edilib və hər iki ölkədə fəsadlara səbəb olub. 

Myanmada zəlzələ nəticəsində 1007 nəfər həlak olub, 2389 nəfər isə xəsarət alıb. Tailandda isə zəlzələ nəticəsində 10 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->