Xəbər lenti

Ekonomiks 14:00 29.09.2025

"Taksi qiymətlərində dəyişiklik olmayacaq" - Ekspert

"Düşünürəm ki, avtobus və metroda gediş haqları ilə bağlı qərarın taksi xidmətlərinə təsiri olmayacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat ekspert Yasin Mustafayev deyib.

Ekspert bildirib ki, avtobus və metroda gediş haqqını dövlət tərəfindən tənzimlənir:
 


"Amma taksi xidmətlərində belə deyil, qiymətlər sərbəstdir. Qiymətləri rəqabət müəyyənləşdirir. Fikrimcə, qiymətlərdə dəyişiklik olmayacaq. Düzdür, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər ara-sıra qiymətlərin qalxması ilə bağlı söz-söhbətlər yayırlar. Taksi şirkətləri sözləşib addım atar bilərlər. Amma bu, qanunsuzdur. Ya da fərdi şəkildə qiymət artıra bilərlər. Fərdi şəkildə taksidə gediş haqqı qalxsa, bu zaman vətəndaş qiymətini qaldırmayan taksi şirkətinin fəaliyyətindən istifadə edəcək. Çünki mobil tətbiqlər var, vətəndaş tətbiqə daxil olacaq və qiymətlərə baxacaq. Vətəndaş taksi sifarişi zamanı bir neçə tətbiqdən istifadə edə bilir".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->