Xəbər lenti

Taksilər avtobus zolağından istifadə edə bilər?
Ekonomiks 10:22 10.10.2024

Taksilər avtobus zolağından istifadə edə bilər?

Taksilər avtobus zolağından istifadə edərsə, bu taksi sayının artmasına gətirib çıxaracaq.

Bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

O qeyd edib ki, qurum bunu indiki mərhələdə istəmir.

"Digər tərəfdən, taksinin zolaqdan istifadəsi ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu, o deməkdir ki, əgər kimsə taksi ilə zolaqla gedəcəksə və avtomobilin 3 nəfərlik oturacağı varsa, 3 avtomobil azalacaq.

Beş ay bundan əvvəl, ümumiyyətlə, bu haqda söhbət gedə bilmirdisə, "Toyota Prius" markalı, taksi xidməti göstərən avtomobillərin zolaqlara daxil olmasından sonra bu suallar səslənməyə başlayır.

İstərdik ki, 3 nəfər ayrıca avtomobilə oturub gəlməsin. Bu da mərkəzə daxil olan maşınların sayını azaldacaq”, -deyə sədr qeyd edib./Trend

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->