Xəbər lenti

Taksilər azalır: Bəs ictimai nəqliyyatın keyfiyyəti? (ŞƏRH)
Ekonomiks 14:25 19.07.2024

Taksilər azalır: Bəs ictimai nəqliyyatın keyfiyyəti? (ŞƏRH)

"İsti aylarda müasir havalandırma sistemi ictimai nəqliyyatın əsas elementlərdən biridir. O cümlədən də qış fəsilində ictimai nəqliyyatda istilik sisteminin olması vacibdir. Hər bir ictimai nəqliyyat komfort şəraitlə təmin olunmalıdır, ondan istifadə edən sərnişin şəraitdən razı qalmalıdır. Bura havalandırma, müasir oturacaqlar, qapıların açılıb-bağlanması və s. aiddir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. 

Ekspert son vaxtlar islahatların sürətlə getdiyini vurğulayıb:

"Bunun başlıca məqsədi ictimai nəqliyyata dövlət dəstəyidir. Dövlət maddi dəstək verir. Bu yaxınlarda ictimai nəqliyyatda gediş haqlarının dəyişdirilməsinə qərar verildi. Xüsusən də Bakı kimi şəhərdə əsas məqsəd keyfiyətin artırılması istiqamətinə yönəlməlidir".
 


Ekspert yeni avtobusların gətirilməsinə ehtiyac olduğunu önə çəkib:

"Düzdür, bu sahədə addımlar atılır. Amma işlər sürətlə görülsə daha məqsədəuyğun olardı".

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda taksilərin sayı 67-70 mindən 35 minə endiyini bildirib. AYNA sədri əlavə edib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi ictimai nəqliyyatın təşviqi və şəxsi minik avtomobillərindən istifadəni azaltmaqdır:

"Bu dövrdə 200 avtobus təmir edilərək xidmətə verilib, yeni marşrut xətləri açılıb, ümumilikdə 560 avtobus ictimai nəqliyyat sisteminə əlavə edilib”. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->