Xəbər lenti

Taksilər köhnə avtomobillərdən imtina edir – Açıqlama
Ölkə12:46 20.07.2016

Taksilər köhnə avtomobillərdən imtina edir – Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda köhnə avtomobillər taksi bazarından çıxır. 

Bunu taksi kirayəsi ilə məşğul olan firmanın rəhbəri Nazim Bəkdəmirov bildirib. Onun sözlərinə görə, taksi parkı daim yenilənir və istehsal tarixi 2012-2013-cü illərdən aşağı olan avtomobillər, o cümlədən ilindən aslı olmayaraq komfortu olmayan Rusiya istehsalı olan avtomobillərdən taksi kimi istifadəsindən imtina edilir. Bundan əlavə daha çox taksi kimi rast gəlinən “Daewoo Nexia”lar, istehsal tarixi 2002-ci ilə qədər olan “Mercedes E Class” modellərindən taksidə imtina edilir. 

“Adi taksi sifariş edənlər xeyli azalıb”

Buna səbəb isə Azərbaycanda taksiyə münasibətin dəyişməsidir. Belə ki, son bir neçə ildə Azərbaycanda xeyli sayda taksi şirkəti fəaliyyətə başlayıb.Ukrayna və Belarusdan sonra Azərbaycanda da insanlarda yeni taksi mədəniyyəti formalaşır: “Artıq heç kim əl edib taksi saxlamır, əksəriyyət taksi sifarişinə üstünlük verir». Birincisi əksər adi taksilərdə komfort tələbə uyğun deyil.Digər tərəfdən yol pulunun məbləği həmişə taksi sürücüsü ilə müştəri arasında mübahisə yaradırdı. Amma taksi şirkətindən sifariş verəndə taksi ünvana gəlir, əvvəlcədən ödəniləcək məbləğ məlum olur və komfort istənilən səviyyədə olur.

“Özüm 150 km sürmüşəm, əl edib taksi istəyən olmayıb”

Bundan əlavə cəmiyyətdə yeni bir streotip formalaşıb. Hətta maddi imkanı olmayan müştərilər də özünü ətrafdakı insanlara, dost-tanışa nümayiş etdirmək üçün toya bahalı model taksidə getmək istəyir. Bəzi müştərilər hətta, sifariş etdiklərin taksilərin ünvana çatana qədər kondisionerin işləməsini əvvəlcədən sifariş edirlər: “Müştərilər yeni model, salonu geniş və komfort taksilərə üstünlük verirlər. Məsələn, hazırda taksi parkını yeniləyərək “KİA”, “Hyundai”, “Mercedes” və “Nissan” modellərindən istifadə edirik”.

N.Bəkdəmirov hətta bəzi hallarda bazarda vəziyyəti müəyyən etmək üçün özü də taksi sürdüyü deyir: “Bəzən 150 km məsafə taksi sürsəmdə əl edib taksi istəyən müştəri olmur. Bu da adi taksilərə tələbatın kəskin azalmasının göstəricisidir”. 

Öz avtomobili ilə taksi işləyə bilməyənlər, şirkətlərə müraciət edirlər

N.Bəkdəmirov bildirib ki, ötən ilin may ayından etibarən adi taksilərin müştərilərin sayı azalıb. Bakıda taksi müştərilərinin 90 %-i şirkətlərdən sifariş edirlər. Nəticədə öz avtomobili ilə taksi fəaliyyəti göstərənlərə tələbat azalıb. Şirkət rəhbərinin sözlərinə görə, hətta öz avtomobili olan sürücülər taksi fəaliyyəti göstərmək üçün şirkətlərdə işə düzəlməyə çalışırlar. Məsələn, əvvəl sürücü axtarmaq üçün əlavə elan və reklamlara ehtiyac var idi. İndi isə heç bir elan olmadan ayda 100-yə yaxın sürücü iş üçün müraciət edir. (Fins.az)

Qaynarinfo.Az