Xəbər lenti

Taksilərlə bağlı yenilik - 7 nəfər otura bilər
Ölkə17:12 11.04.2017

Taksilərlə bağlı yenilik - 7 nəfər otura bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıya yeddi nəfərlik yeni taksilərin gətirilməsi nəzərdə tutulur.

"Qaynar" Trend-ə istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin birindən əldə etdiyi məlumata görə, hələ ki, belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması dəqiq müəyyənləşdirilməyib.

Məlumat verən mənbə bildirib ki, bu istiqamətdə işlər aparılır, tələbat öyrənilir, hansı rəngin şəhərə daha uyğun olması müəyyənləşdirilir.

Mənbə deyib: “İşlər başa çatdıqdan sonra belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması ilə bağlı qərar veriləcək. Yeddi nəfərlik taksilər həm rahatlığına, həm də imkanlarına görə digərlərindən fərqlənəcək”.

Qaynar.Az