Xəbər lenti

Taleh Bağırzadəyə 2 il həbs verildi - YENİLƏNİB
Ölkə14:04 01.11.2013

Taleh Bağırzadəyə 2 il həbs verildi - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Taleh Bağırzadənin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

AzNews.az xəbər verir ki, məhkəmənin hökmü ilə Taleh Bağırzadə iki il azadlıqdan məhrub edilib.

Qeyd edək ki, onunla birlikdə saxlanılan digər təqsirləndirilənlər barəsində isə daha əvvəl məhkəmə hökmü olub.

***

Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Taleh Bağırzadənin cinayət işi üzrə məhkəmə iclası davam edir.

AzNews.az-ın məlumatına görə, hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən Taleh Bağırovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə yollanıb. 

Proses fasilədən sonra davam edəcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin T. Bağırovla bağlı yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.

Məlumatda o qeyd olunub ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb birinci mərtəbənin şüşələri sındırılıb və divarına "Taleh Bağırova azadlıq!" sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05.35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.

Qaynar.info