Xəbər lenti

Tamara Qverdtsiteli Rusiyada çıxış etmək istəmir:
Sənət 12:59 12.09.2023

Tamara Qverdtsiteli Rusiyada çıxış etmək istəmir: "Mənə çirkli pul lazım deyil”

Bu il həm ulduzlar, həm də adi insanlar üçün güc sınağı olub. Tamara Qverdtsiteli bildirib ki, 2023-cü il ona həddən artıq faciəvi hadisələr yaşadıb.

Qaynarinfo xəbər verir ki, sənətçi anasının ölümündən sonra dəhşətli depressiya ilə üzləşib. Tamaranın psixoloji vəziyyəti o qədər ağır olub ki, hətta xəstəxanaya düşüb.

Sağaldıqdan sonra ulduz müğənni artıq Rusiyaya qayıtmaq və mahnı oxumaq istəmədiyini bildirib. Bu, Qverdtsitelinin Ukrayna ilə müharibəni qınadığına görə baş verib. Müğənni heç bir pula satılmadığını, ona görə də yerli səhnədə çıxış etməyəcəyini bildirib. 

Tamara Qverdtsiteli müxtəlif ölkələrə qastrol səfərinə getməyə hazırdır, lakin Rusiya Federasiyasına deyil. Hazırda o, Gürcüstanda yaşayır və köçmək barədə düşünmür.

Tamara Qverdtsiteli görkəmli gürcü və rus müğənnisidir, sovetin Edith Piafı kimi məşhurlaşıb. Onun istedadı Mişel Leqrand tərəfindən yüksək qiymətləndirilib. Onun heyrətamiz dərin kontraltosu insan ruhunun ən gizli guşələrinə nüfuz edir. Eyni zamanda, sənətçi daim xarakterinin gücü ilə insanları heyran qoyur: o, heç vaxt şəxsi problemləri və qalmaqallarla gündəmə gəlmir. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->