"TANAP" layihəsinin iyun ayında açılışı olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə iştirak etdiyi mətbuat konfransında çıxışı zamanı deyib:
"Önümüzdəki mərhələdə yeni layihələr var, bu yeni layihələri də həyata keçirəcəyik. Bunlardan ən önəmlisi iqtisadi sahədə yerli və milli valyutaya keçidimiz olacaq. Müştərək olaraq atmağı hədəflədiyimiz addımlar da var ki, bunlar çox önəmlidir. Ən böyüyü bu an qarşımızda olan layihədir, yaxın zamanda "TANAP"ın açılışını edəcəyik. Bu açılış iyunun əvvəllərində baş tutacaq. Bu, seçim öncəsi həm millətimizə, həm də bütün dünyaya müjdəmiz olacaq. Cənub qaz dəhlisinin önəmli bir hissəsi olan "TANAP" bütün Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək".