Xəbər lenti

Tanımadığımız tanınmış azərbaycanlı... - FOTO+VİDEO
Ölkə12:40 27.04.2015

Tanımadığımız tanınmış azərbaycanlı... - FOTO+VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkəmizi dünyada layiqincə təmsil edən həmvətənlərimizdən biri də Azər Həsənovdur. 

Anspress-in məlumatına görə, Kosovada yaşayan bu azərbaycanlı orada seçilib-tanınır. Azər Həsənov jurnalist fəaliyyəti göstərir. Azər bəy RTV 21 kanalının əməkdaşıdır.

"Sestru" model agentliyində model kimi fəaliyyət göstərən, bundan əlavə, rəssamlıq və aktyorluq bacarığı olan azərbaycanlı Azər Həsənov bu yaxında Kosovanın məşhur müğənnisi Ryva Kajtazinin klipində rol alıb. Daha bir neçə məşhurun klipində rol alan, vətənimizi başqa ölkədə layiqincə təmsil edən Azərbaycanlı Kosova dəfilələrinin ən seçilən ulduzudu.

Qaynar.info