Xəbər lenti

Tanınan futbolçular yumurta ilə "Rus ruleti" oynadılar - VİDEO
İdman13:06 28.03.2016

Tanınan futbolçular yumurta ilə "Rus ruleti" oynadılar - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərə Premyer Liqasının hazırkı lideri olan "Lester Siti" klubunun futbolçuları - Kristian Fuks və Ceymi Vardi maraqlı bir addım atıblar.

Qaynar.info xəbər verir ki, Avstriya və İngiltərə millisinin futbolçuları yumurta ilə "Rus ruleti" oynayıblar. 

6 yumurtadan 3-ü boş, 3-ü isə qaynadılmış olub. Futbolçular boş, yəni qaynadılmamış yumurtaları tapıb bir-birlərinin başına vurmalı imişlər. 2 boş yumurtanı tapan avtomatik olaraq qalib olurmuş. Vardi futbolda hücumçu qismində sərrast olduğu kimi, yumurta zərbəsində də avstriyalı müdafiəçi Fuksdan güclü olub - 2:1.

Qaynar.info