Xəbər lenti

Tanınmış boksçu türk barında güllələndi
İdman17:14 02.09.2015

Tanınmış boksçu türk barında güllələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın Essen şəhərindəki türk barında atışma zamanı dörd güllə yarası alan tanınmış boksçu Manuel Çarr xəstəxanaya yerləşdirilib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, insident sentyabrın 2-də gecə baş verib.
Suriya əsilli 30 yaşlı boksçu bardakı müştərilərdən biri ilə mübahisə edib, nəticədə atışma başlayıb. Təsdiqlənməmiş məlumata görə, boksçu qarın nahiyəsindən dörd güllə yarası alıb. Yerli KİV-dəki məlumatlara görə, Çarranı yaralan şəxs hadisə yerindən qaça bilib. 
Hazırda xəstəxanada olan Çarra əməliyyat edilib. Həkimlər idmançının vəziyyətinin stabil olduğunu bildirirlər.
Qaynar.info