
Futbol Brazilya əsilli tanınmış futbolçu vətəndaşlıqdan çıxarılıb.
Ans press-in verdiyi məlumata görə, Braziliya Futbol Federasiyası Ədalət Nazirliyinə müraciət edərək İspaniyanın "Atletiko Madrid" klubunda top qovan Dieqo Kostanın vətəndaşlıqdan çıxarılmasını istəyib. Braziliya Milli Komandası hüquq işləri direktoru Karlos Eqenio Lopes Kostanın seçimini təzyiq altında etdiyini deyib:
"Kosta bizə məktub göndərib və orada yazılıb ki ölkəmi çox sevirəm. Mən başa düşə bilmirəm bu qədər çox ölkəsini sevən biri niyə İspaniya yığmasında oynamağı seçir. Biz hüquq müstəvisində öz mübarizəmizə dəvam edəcəyik."
Türkiyəli futbolçu Arda Turanın komanda yoldaşı olan Dieqo Kosta ölkəsi Braziliyada "istənməyən adam" elan edilib. İddialara görə, ölkəsinə geri dönməsi halında isə etirazlara mağruz qalacağı xəbərdarlığı edilib.
Qaynar.info