Xəbər lenti

Tanınmış jurnalist Xəzər TV-dən qovuldu
Ölkə16:16 15.09.2014

Tanınmış jurnalist Xəzər TV-dən qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Xəzər” TV-nin jurnalisti, sosial mövzularda hazırladığı süjetlərlə tanınan Zümrüd Dəmirova işdən çıxarılıb. 

Qaynar.info azvision.az-a istinadən xəbər verir ki, artıq jurnalistin işdən çıxarılması ilə bağlı əmr verilib.

Bildirilir ki, jurnalistin televiziyadan qovulmasına səbəb telekanalın rəhbəri Hüseyn Dinləməzlə aralarında olan gərginlikdir.

Müxbir Zümrüd Dəmirova H.Dinləməzdən telekanalın təsisçisi Asəf Hacıyevə şikayət edib. Bundan sonra isə aparıcını iş vaxtı otaqdan çıxarıblar və işdən çıxarılması ilə bağlı əmrini veriblər.

Qeyd edək ki, Z.Dəmirova uzun illərdir ki, “Xəzər” TV-də çalışıb. Ondan öncə isə İctimai Televiziyada və ATV-də işləyib.

Qaynar.info