
Məşhur meyxanaçı Ələkbər Yasamallı toyda bıçaqlanıb.
Qaynar.info-nun gunxeber.com-a istinadən verdiyi məlumata görə, hadisə Ələkbər Yasamallının qonaq kimi qatıldığı toyda baş verib. Tanınmış Meyxanaçı mayın 22-də Bakının Kürdəxanı qəsəbəsində digər meyxanaçı Emin Kürdəxanılının qardaşı Elçinin toyunda qonaq kimi iştirak edib. Ələkbər Yasamallı açılış meyxanası dedikdən sonra ondan yenə meyxana deməsi istənilib. Ancaq meyxanaçı bildirib ki, bu toyda qonaq kimi iştirak edir və başqa bir toya gedəcək. Ancaq onunla razılaşmayıblar. Mübahisə edənlərin sırasında o qədər də məşhur olmayan meyxana deyənlər də olub. Bundan sonra, Ələkbər Yasamallıya qarşı söyüşlü qafiyə açılıb və meyxanaçı onlara cavab verməyə məcbur olub. Deyişmə zamanı Ələkbər Yasamallı onları susdurub. Bu isə digər ifaçıların xoşuna gəlməyib. Həmin şəxslərdən biri üstündə gəzdirdiyi o qədər də böyük olmayan xəncəri çıxarıb Ələkbər Yasamallının qarnına soxub. Meyxanaçı növbəti zərbələrdən özünü qorumaq üçün müqavimət göstərib və qaçıb dostunun maşınına minərək özünü xəstəxanaya çatdırıb.
Qaynar.info